Aygün Kazımova
Məhəbbət diyarı (Görüşərik)
Uşaqlıq yuxumda, bir bəyaz qayıqda
Üfüqün yanında göründün, sevgilim
Dedin sənin dalınca mən gəldim, yarım
Bizi çox gözləyir məhəbbət diyarı

Üfüqdən o yanda ulduzlar sevişir
O doğma səmada Ayla Gün görüşür
Orda Allah ürəklərə qanad verir
Orda hər kəs sevir, sevilir, sevinir

Üfüqdən o yana, gözlərim görməyir
Üfüqdən o yana, çatmır səsim
Üfüqün yanında gözləyirəm səni
O xoşbəxt günlərdə görüşərik
Görüşərik...
Görüşərik...

O vaxtdan üfüqə boylanır gözüm
Könlüm sığışmayır dənizə, yerə
Vallah yarım, bir gün çağır çıxım yerdən
Bir tənha qayıq tək üzəcəyəm özüm

Üfüqdən o yana, gözlərim görməyir
Üfüqdən o yana, çatmır səsim
Üfüqün yanında gözləyirəm səni
O xoşbəxt günlərdə görüşərik
Görüşərik...
Görüşərik...