Yuxu
Xəzərin Sahilində
Gördüm burda
Gör nələr!
Yaşıl bağlar, dərələr
Könlüm burda dincələr
Xəzərin sahilində!

Qoca cavan çalışır
Qız oğlanla, yarışır
Söhbət sözə qarışır
Xəzərin sahilində!

Susuz səhra, torpaq ac
Əyni çılpaq, yalavac
Tək dayanıb bir ağac
Xəzərin sahilində!

Torpaq sarı
Qum sarı
Gözəldir, rüzigarı
Əl çalır yarpaqları
Xəzərin sahilində!