Traditional
Əsgər Marşı (Soldier’s March)
[Kuplet 1]
Vətən məni yetişdirib
Bu ellərə yolladı
Bu torpağa qurban deyib
Allah'a ismarladı!

[Kuplet 2]
Boş oturma çalış dedi
Xidmət eylə Vətənə
Südüm sənə halal olmaz
Sən baş əysən düşmənə!

[Nəqarət]
Marş irəli, (Hey!) marş irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, (Hey!) dönməz geri!
Azərbaycan əsgəri!

[Kuplet 3]
Yastığımız Vətən daşı
Yorğanımız qar olsun
Biz bu yoldan dönər olsaq
Namus bizə ar olsun!

[Kuplet 4]
Nə gözəldir ölmək bizə
Sevgili Vətən üçün
Yanar ürək yurd eşqilə
Daima için-için!
[Nəqarət]
Marş irəli, (Hey!) marş irəli!
Azərbaycan əsgəri!
Dönməz geri, (Hey!) dönməz geri!
Azərbaycan əsgəri!