Okaber
Okaber — Morq
Mən indi intihar kimiyəm, boğazda kəndir tək
Zənciri çək, aramızdakı bağlar ən titrək
Ən kövrək düyünlərdi, mən indi dərd kimiyəm
Bu günlərdə şeytanla bağlanmış şərt kimiyəm
Sürgünlərdə sevgini pisləmə sarışın
Ruhum tanrıya qalxır, bədənim sistemə qarışır
Məndən istəmə barışıq deyilib dəlixanada
Beynimi yuya bilmədilər, meyidim ölüxanada!
Hisslər də ölüb o vaxtdan, məncə tanımalı morqu
Bizə tünd çay gətir, iki dilim albalı piroqu
Oturaq izləməyə, yandır bizi kömür oduna,
Siqareti bir-birinə calayan dodaq dönür oduna
Mənsiz neçə yatağın soyuq qalıb dəqiqləşdir
Sevgim canavar kimi əhilləşmir!
Birdəki, olub olanlar, olmayanlar hədən olub
Qabıqdan çıxan bədənlər indi dəridən olub

Oxu mənə ölüm marşı, dünyaya dönüm qarşı
Bu elə həmin yuxudu, bu elə o yuxudu qorx
Gözlərim oyuqdu çox, sənin də sönüb baxışın
sevdiyin soyuq havalardan inan ki, soyuqdu MORQ!

Oxu mənə ölüm marşı, dünyaya dönüm qarşı
Bu elə həmin yuxudu, bu elə o yuxudu qorx
Gözlərim oyuqdu çox, sənin də sönüb baxışın
sevdiyin soyuq havalardan inan ki, soyuqdu MORQ!
Mən indi edam kimiyəm, gözləyir dar ağacı,
Dala qaçım, tapın söndürün həyat sayğacın
Ayaq açın, yerdən bezən günlərdə aya qaçın
Və bir də davasın aparın ulduz, ay, xaçın!
Ay Laçın, gözləmir yolunu anan,
Ağlamır day bacın 23 təqvim dəyişib,
Növbəti sayın açın uğrunda ölən azdı
Mən indi tənhalığam, gedən çoxdu gələn azdı
Və bir də görən qazdı qəbirləri morqu gəlib basdı
Abidə Orxon Yenisey, həyatım morza əlifbası
Yıxılana gülürsüz, siz guya səhv getmədiz!
Allahı çağırdız, yanına getməyə cəhd etmədiz!
İman dediyiniz mücərrəd, məndə inam qalar
Tanrı mənə olmadığını özü desə belə inanmaram!
Bizim məclis bir də yəqin göylərdə yaranar
Səmazən, Qarğa, İyirminci kalibr, Canavar!

Oxu mənə ölüm marşı, dünyaya dönüm qarşı
Bu elə həmin yuxudu, bu elə o yuxudu qorx
Gözlərim oyuqdu çox, sənin də sönüb baxışın
sevdiyin soyuq havalardan inan ki, soyuqdu MORQ!

Oxu mənə ölüm marşı, dünyaya dönüm qarşı
Bu elə həmin yuxudu, bu elə o yuxudu qorx
Gözlərim oyuqdu çox, sənin də sönüb baxışın
sevdiyin soyuq havalardan inan ki, soyuqdu MORQ!
Gəl, de mənə...
Bizdə haradı cərgələr?
Bura MORQ...
Yenə də həmin xaraba döngələr!

Gəl, de mənə...
Bizdə haradı cərgələr?
Bura MORQ...
Yenə də həmin xaraba döngələr!