Paster
Aydınlandım
[Bənd 1]
Sevgim qaranlıqda "fanardır", yanır
Həyatım yuxu kimi anlardır, çağırır
Arzularım ağlımda, saatım dayanıb
Aram-aram bükdüm mən, sardım qayığı

Gözlərim fırlanırdı Yer kimi
Hisslər şəkillərdə sərgi
Zirvədə tənhayam, bu vergi
Gözləyir gecəyarı zəngimi, o
Yağışlarsa səngimir

Haradan peyda oldun?
Sevirəm səni
Çəkirəm rəsm
Gecədən bəri səma rənglənib
Zaman əqrəbi
Fani dünyalara qərib
Füzuli kimi yüz il həkimin
Gözlərində “shine” güzgüdəkinin
İçinə tüstü çəkilin

[Nəqərat]
Axdım buludlara mən, aydınlandım
Arzular-arzular saydım, aldım
Seyr elədim, ay dolanır
Gecələr “high” dumandır, “high” duman
Axdım, aydınlandım
Aydınlandım
Aydınlandım

[Bənd 2]
Qürurun bənzəyirdi xəncərə
Gözlərin qəlbinədir pəncərə
Axtardım hər gün, hər gün macəra
Gecəmin altındadır mənzərəm

Yayılır istilik qucağıma
Bədəni yandırır bu çaxmaq
Dünyaya qışqırdım ucadan
Sarılıb o mənə, yaxındır səmalar
Sıxılsam, gedərəm üstümdə demolar
Sevgim depoda, tavanda eqomuz
Üşüsən de mənə, yazaram sənçün ev olar

Cibimdə qənd olur, kənd oğlu, saatım dayanıb
İşığı yandırdım, söndürdüm, şəhərim oyanır

[Nəqərat]
Axdım buludlara mən, aydınlandım
Arzular-arzular saydım, aldım
Seyr elədim, ay dolanır
Gecələr “high” dumandır, “high” duman
Axdım, aydınlandım
Aydınlandım
Aydınlandım