Paster
Ölənə qədər
[Nəqarət: Noton]
Başını yellə, həzz al bir dəfəlik
Olacaqsan bizi dinləməli
Sözlərimiz ağır və təhlükəli
Gəlir fərqli gəlir, bu da fərqli gəlir
Yol yoldaşım ol, gəl şəhərə qədər
Gecəni oyaq olaq biz səhərə qədər
Tam sürət Xəzərə tərəf
Bu musiqi yaşadır bizi ölənə qədər

[Bənd 1: Paster]
Bizim oynumuz başlayıb "Grime Clash"
Mənə pul lazım, bir də "full" əyin-baş, ah!
Sus, mənə sevgidən demə
Heç kimi sevmirəm, mənim ürəyimdə daş var
Yanımda çox adam var
Bizim kanaldan çək, amma çox dadanma
Mənim adamım sən deyilsən bu ucuz propaqanda
Mənim adamım gəzir cibində partladanla
Bam! Bacarırsan, gəl dalımca
Rap indi "flow" və məna
Özünü yorma boş
İnanıram gözlərimdən çox ürəyimə mən, ah!
"Diss"ləri ye, amma doy
Çox danışma, qal bu oyunda boy
Hər şeyi gec-tez vaxt alacaq
Həyat belədir, hə, həyat qoyanda qoyur!
[Nəqarət: Noton]
Başını yellə, həzz al bir dəfəlik
Olacaqsan bizi dinləməli
Sözlərimiz ağır və təhlükəli
Gəlir fərqli gəlir, bu da fərqli gəlir
Yol yoldaşım ol, gəl şəhərə qədər
Gecəni oyaq olaq biz səhərə qədər
Tam sürət Xəzərə tərəf
Bu musiqi yaşadır bizi ölənə qədər

[Bənd 2: Paster]
Yoldayıq yenə biz, eşit, çəkil
Ya sözünü denən, ya da deşiyinə gir, ah!
Kim deyir "Bakı çökür"?!
Bakının vecinə deyil, Bakı eşib çəkir, ah!
Real, necə schoolboy q
Soruş, gör bizə qarşı kimdə kin var
İş yenə "battle"sa "battle"
Gəl, görək aramızda kimdir "killa"
Gəzirik polnu xodla
"Face Control", giriş "dress code"la
Nə "Facebook", nə də "Periscope"la
Bizi gör, görə bilərsən teleskopla, ah!
Əkirik ancaq palma
Gözlər qırmızı, hamı palva
Qulaqdan ürəyə bu musiqi doza
Götürün, bizdən hamıya pay var
[Nəqarət: Noton]
Başını yellə, həzz al bir dəfəlik
Olacaqsan bizi dinləməli
Sözlərimiz ağır və təhlükəli
Gəlir fərqli gəlir, bu da fərqli gəlir
Yol yoldaşım ol, gəl şəhərə qədər
Gecəni oyaq olaq biz səhərə qədər
Tam sürət Xəzərə tərəf
Bu musiqi yaşadır bizi ölənə qədər