Paster
Axşam
[Nəqərat: Rzza]
Axşam tərəf gördüm gözəllərin gözlərində qəm
Şəhərə tərəf sürdüm, itdim-batdım gözlənilmədən
Gördüm səni, oldum dəli
Bir dəfəlik dəniz axdı səmadan

Axşam tərəf gördüm gözəllərin gözlərində qəm
Şəhərə tərəf sürdüm, itdim-batdım gözlənilmədən
Gördüm səni, oldum dəli
Bir dəfəlik dəniz axdı səmadan

[Bənd 1: Paster]
Üzdən göyçək, yanağı qönçə
Lazımsan, Ələsgərə necə Göyçə
Gəl, dost olaq sənlə öncə
Gülüm, öpüb səni sonra öləcəm

Sənsiz dünyaları neylərəm?
Həyat rəqsdir, çağırıram “rave”ə
Boz şəhərə lazımdır rənglər
Gözəlim, ölə bilərəm gülməyinə

Çıxıram evdən axşama doğru, çöldə küləklər
Gözləyir taksi, ‘’studio’’, "брат"lar
‘’Hip-hop’’ sevgi həmişə ürəkdə
Çevirir şeirə gözləri ilə
Aşiq gözəlliyinə
[Bənd 2: Rzza]
Oyandım yuxudan, hiss elədim səhəri
Baxdım ətrafa, gördüm, bozdur şəhərim
Səsini duyunca xəyallarım rənglənir
Anidən işığına vuruldu gözlərim
Qapını açdım sənin üçün mən
Uçdum səmalara öz evimdən

Maşınlar axır
Yağışlar yağır
Baxışlar baxır
Alışqan yanır
Üzü axşama sarı məni çağır