Paster
Lotos
[Bənd 1: Paster]
Bu şəhərə nə yaxınam, nə uzaq
Axınları dayandırdım, fikirlərə pauza
Bir gün azadlığı alsam
Balaca bəbəşim, itim, böyük bir də “house”um
Bütün həyat alverdir, “brother”
Sakitlik axtarıram mən içindəki xaosun
Dünyanı dartırlar harasa
Mən bağlamışam “server”i, işləməsin “browser”
“Hype”ımı götür, səndə qalsın
Mən onsuz da bəyənirəm itlərin vəfasın
Bahalı görünmək həvəsim yox
“Gucci-mucci”, hərləmirəm qancıqların pafosun
Ömürləri pul içində, nə olsun?
Ya ‘’brand’’dir, ya “Fendi”, ya oturduğu “Rolls”u
Zaman onsuz hər şeyi çevirəcək toza
‘’Дух’’un çatır bu dünyaya verginən “тормоз”

[Nəqərat: Rzza]
Hər işıqda zərrəm
Qarışanda şərlə
Göz açıb güdənlər
Gerçəyi gizlər səndən

Qaranlıqda rənglər
Öz içimdə cənnət
Bataqlıqda güllər
Sevgi, şübhə, zülmət
[Bənd 2: Paster]
Kredit həyat babasildir
Bu ləçərlərin dili puldur, qəlbi “морозильник”
Mikrofonum kin qusur qara, aqressivdir
Mən Bakıdan deyiləm, amma Bakı adresimdir
Küçədən uşaqlarıq üstü-başı kirli
Xəyallarım filmdəki böyük limuzindir
Yaşamışıq ‘’drama’’nı, içimizdə kindir
Bütün şəhər benzindir, əlimizdə kibrit
Bu dağlarda hündürdən uçam, gərək
Bağlı olan qapılara soxuram açar
Qaranlığı danışır o can
Mən közü külə qarışdırdım, alışsın ocaq
Qara atı “Rari” kimi çap-çap edirəm
Motor Ədalətin tarı kimi cağ
Əlimizdə sınıq oyuncaq
Biz o güllərik – bataqlıqda toxumlar açan

[Nəqərat: Rzza]
Hər işıqda zərrəm
Qarışanda şərlə
Göz açıb güdənlər
Gerçəyi gizlər səndən

Qaranlıqda rənglər
Öz içimdə cənnət
Bataqlıqda güllər
Sevgi, şübhə, zülmət