Zülfiyyə Xanbabayeva
Hava Limanı
[Bənd 1]
Uzaqlar üfüqləri izləmək
Gecə gözləmək, darıxıb özləmək
Bürünüb oda bu boş ürək
Ona yox kömək, yanır səhərədək

[Nəqərat]
Hava limanı, ağ duman, tənhalıq
Hava limanı, ağ duman, tənhalıq
Hava limanı…
Hava limanı, ağ duman…
Tənhalıq…

[Bənd 2]
Acı həqiqəti gizləmək
Ya da düz demək, fərq eləmir mənə
Dərk elə ki, ömür çox gödək
Daha nəyə gərək qayıtmaq dünənə?

Olmur, çalışsam da, qəlbim dolmur
Çünki o çoxdan solmuş
Bu sonuncu uçuş

[Nəqərat]
Hava limanı, ağ duman, tənhalıq
Hava limanı, ağ duman, tənhalıq
Hava limanı…
Hava limanı, ağ duman…
Tənhalıq…
Tənhalıq…