Zülfiyyə Xanbabayeva
Axşamlar
[Bənd 1]
Yadıma gah yaxın, gah uzaq düşər
Xatirə qonağım olar axşamlar
Fikirlər ilişib, dolaşıq düşər
Ürəyim min sözlə dolar axşamlar
Fikirlər ilişib, dolaşıq düşər
Ürəyim min sözlə dolar axşamlar

[Bənd 2]
Xəyallar axışıb gələr sel kimi
Kövrəlib, nazilən incə tel kimi
Arzular bir zərif, həssas əl kimi
Könlümün tarını çalar axşamlar
Arzular bir zərif, həssas əl kimi
Könlümün tarını çalar axşamlar

[Çıxış]
Ürəyim min sözlə dolar axşamlar
Fikirlər ilişib, dolaşıq düşər
Ürəyim min sözlə dolar axşamlar