Zülfiyyə Xanbabayeva
Gecə (Remix)
[Bənd 1]
Hər gün vurur aramla saatın əqrəbləri
Hər bir an uçub gedir, dönərmi?
Mavi-qara örpəyi üzünə göylər çəkər
Ayın işığı düşər qalarmı?

[Keçid]
Ömür qısa olsa da can atırıq sevincə
Səhərin min bir dərdin çəkir gecə

[Nəqərat]
Gecə, məni apar dərdin əlindən, apar gecə
Gecə, insan itmiş ümidlərini tapar gecə
Gecə, məni apar dərdin əlindən, apar gecə
Gecə, insan itmiş ümidlərini tapar gecə

[Bənd 2]
Yenə yağır gecə yağır ulduz yağışı
Ürəyimdə göz yaşı dönərmi?
İki damla yağış bir-birindən seçilir
İnsan adi sevincin qədrin bilərmi?

[Keçid]
Ömür qısa olsa da can atırıq sevincə
Səhərin min bir dərdin çəkir gecə
[Nəqərat]
Gecə, məni apar dərdin əlindən, apar gecə
Gecə, insan itmiş ümidlərini tapar gecə
Gecə, məni apar dərdin əlindən, apar gecə
Gecə, insan itmiş ümidlərini tapar gecə