Zülfiyyə Xanbabayeva
Sənlə Mən
[Bənd 1]
Sənlə mən
Sanki gecikmiş kimsəsiz bir bahar
Qəlbimizdə qış, hələ də yağır qar

Sənlə mən
Bir badə sevgidən olmuşuq sərxoş
Sənsiz heç bir günüm olmur mənə xoş

[Nəqərat]
Sənlə mən
Ünvansız, sahibsiz, tənha bir küçə
Bir kimsə görünmür düşüncə gecə

Sənlə mən
Sanki donmuş bir an, içimdə tufan
Məni məndən alan, indi haradasan?
İndi haradasan?

[Bənd 2]
Sənlə mən
Sanki ləpələrlə savaşan dəniz
Dopdolu dünyada qaldıq ikimiz

Sənlə mən
Qovuşmaq hissiylə dolan bir həvəs
Əlini tutmağa çatmır nəfəs
[Nəqərat]
Sənlə mən
Ünvansız, sahibsiz, tənha bir küçə
Bir kimsə görünmür düşüncə gecə

Sənlə mən
Sanki donmuş bir an, içimdə tufan
Məni məndən alan, indi haradasan?
İndi haradasan?

Sənlə mən
Sanki donmuş bir an, içimdə tufan
Məni məndən alan, indi haradasan?
İndi haradasan?
Məni məndən alan, indi haradasan?