Orxan Qarabasma (OGB)
Bad Trip
[Bənd 1: Orxan Qarabasma]
Həyatım minimum, yaşam tərzim minimal
Hər günüm qeyri-leqal
I'm a criminal!
Hələ ki təbim var deməli yazmağa var stimulum
Mən Bakıda old school'am, necə Stimorol Bubble
Atıb double tutaram tripi
70'lərdə doğulsaydım yəqin olardım Hippi
İpə-sapa yatmayanların buraxın ipin
Onlar bizi başa düşəcək, buraxsaq EP
Икс-нолик oyunudu rap, damaya крест qoy
Mənə rap yaraşır, necə məmura kreslo
Qara eynəklər, xaki mayka, Nike'lər dress kod
Orxan fizikadı, RG Nikola Tesla!

[Nəqarət: Orxan Qarabasma & RG]
Hər şey qarışıq (Ey, qarışıq)
Xeyir şərə qarışıb (Ey, qarışıb)
Biz axına qarşı (Ey, qarşı)
Və bununla yanaşı, (Yanaşı)
Tuturuq, Bad Trip

[Bənd 2: RG]
Çirkaba batmış Nike-lər asfalta qoyar izi
Gəncə Compton mənəm burda Eazy
Bilmirəm kimdi orda, burda ikimizik
Sənətin fake necə geyindiyin Yeezy!
İyirminci kalibr factorydi bil, çap edir elə durmadan
Hannibaldan replikadı, skalpelnən yarmadan
Yarmışam qəlbi, səsimi tanıyır mənim yarımada
Frontum hərbi, stil shocker AzRap komada!
İstedad aslı deyil promodan
PRoMete durmadan, Respect deyir dilini yormadan
Mənsə AzRap’ə belə düz gəlmirəm formata
Amma sanki son adam, say ki Totti kimi Romada
Bro, burada başqa urban
Qoluma G-Shock yaraşır, ayağa Jordan
Tab gətirib bir belə hate’ə
Şeytan toz qaldırır səhnədə, gözümdə Ray-Ban
Yolumuz uzun gedirik başqa paralellə
Dedilər ara vermə, yarıda qalar Karavellan
AfterMad’lə family first Roc-A-Fella
Okaberlə Okapella
MADRASSAM Parabellum
Qarabasma Bad Trip
Yaşadır akapellam!

[Nəqarət: Orxan Qarabasma & RG]
Hər şey qarışıq (Ey, qarışıq)
Xeyir şərə qarışıb (Ey, qarışıb)
Biz axına qarşı (Ey, qarşı)
Və bununla yanaşı, (Yanaşı)
Tuturuq, Bad Trip