Orxan Qarabasma (OGB)
Məst Elə
[Nəqarət: Orxan Qarabasma]
Qoş musiqini bəstələ
Qafiyəni dəstələ
Məclisi məst elə!
Dursa qəsdinə məclisi-xəstələr
Məhz belə
Bəhs elə
Təsviri vəsf elə!
Qoş musiqini bəstələ
Qafiyəni dəstələ
Məclisi məst elə!
Dursa qəsdinə məclisi-xəstələr
Məhz belə
Bəhs elə
Təsviri vəsf elə!

[Bənd 1: RG]
Tök içini dünyanı təsvir et
Deməyə düzünü kim özünə nəs bilir?
Birdə ki, Bakı küləyi kimi əsməyin
Bir dəfə səni satanla birdə çörək kəsməyin!
İnanma qəhbə edəndə and-aman
Xarablıq onda, ya süddə, ya da ki qanda var!
Səhvinə görə yırtılan o qədər qlanda var
Bunu da bil, lomka verən nəsə hər "planda" var!
O qədər çanta var, yığasan günahı?
Heçkimi dinləməsən, kar edərsən sən qulağı!
Biqeyrətin utancdan qızarmaz heç yanağı
Müsəlmanı dindar etməz qatdalanmış balağı!
Başa düşmürəm o kəsi ki, hörmət etmir küçəyə
Burda qiymət olmur əzilib büzülən küçüyə
Sözümdən ancaq özünü tanımayan inciyər
Düz düzdü baxmır böyüyə, kiçiyə!

[Nəqarət: Orxan Qarabasma]
Qoş musiqini bəstələ
Qafiyəni dəstələ
Məclisi məst elə!
Dursa qəsdinə məclisi-xəstələr
Məhz belə
Bəhs elə
Təsviri vəsf elə!
Qoş musiqini bəstələ
Qafiyəni dəstələ
Məclisi məst elə!
Dursa qəsdinə məclisi-xəstələr
Məhz belə
Bəhs elə
Təsviri vəsf elə!

[Bənd 2: Orxan Qarabasma]
Bu sistemin divarından yazsam qırılar
Yazdığımı pozsam, ad-san yox olar!
O qədər pərdə var, bassam yarılar
O qədər maska var, dartsam cırılar!
Həqiqəti demək sənə baha başa gələr
İnsan yaşa gələndə yəqin ağıl başa gələr
Nə qədər verilib ömür yaşa hələ
Ölüm gələndə xəbər eləmir, gəlir elə!
Orxan, yüz söz demə
Hər adamın dalınca pis söz demə
Bir sözün olsun və düz söz denən
Onsuz düzü əyri görənlər çəpgözdülər!
Hər adama inanma dediyi yalansa
Hər adamla fırlanma yanarsan
Ətrafda çox üz var, dəyişib dona girən
Ona görə bu oyunda çoxu getmir sona kimi!