Orxan Qarabasma (OGB)
Vaxt
[Nəqərat]
Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım
Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım

Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım
Mənim qolumda azalır vaxtım
Vaxtı boş buraxdım o da axdı

[Bənd 1]
Saat 7, səhər qalxdım
Zamanı fırladıb ətrafa baxdım
Ciyərlərə ud havasın paytaxtın
Gözlərimə gün dəyməsin eynəyimi taxdım

Boş buraxdım vaxtı, boş-boşuna axdı
İp də getdi it də, getdi taxtı
Kimlərə qoyub getmişik, ala bax bir
Meydanda şeytan yox, uşaq-muşaqdır

Dünən bu gundürsə, bu gün sabahdır
Dünən sülh idisə, bu gün silahdır
Misal, güllə-barıt arifə izahdır
Şairi sözlə vurmaq günahdır

[Keçid]
Vaxt dördə iyirmi
Bax, gör dəyirmi?
Göy göynədirmi?
Yer yellədirmi yerlə bir?

[Nəqərat]
Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım
Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım
Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım
Mənim qolumda azalır vaxtım
Vaxtı boş buraxdım o da axdı

[Bənd 2]
Səhəri boş verib günorta qalxdım
Saatım sınıb günəşə baxdım
Eynəyim evdə qalıb, papağı taxdım
Şəhəri gəzən nəzərim Xəzərə axdı

Dünyaya sərxoşam içmiş mənəm
Keçmişim bilinir keçmiş mənəm
Pis vərdişlərimi ver düşmənə
Dərdim sən ol dərviş mənəm

[Keçid]
Vaxt dördə iyirmi
Bax, gör dəyirmi?
Göy göynədirmi?
Yer yellədirmi yerlə bir?
Vaxt dördə iyirmi
Bax, gör dəyirmi?
Göy göynədirmi?
Yer yellədirmi yerlə bir?

[Nəqərat]
Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım
Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım

Mənim qolumda azalır vaxtım
Qolumda azalır vaxtım
Mənim qolumda azalır vaxtım
Vaxtı boş buraxdım o da axdı