Zülfiyyə Xanbabayeva
Azərbaycan
Bu dünyanın bir adı var
Canım mənim məmləkətim
Günəş kimi daim yanar
Odlar yurdu məhəbbətim

Qoy ucalsın zirvələrə
O yenilməz bayrağımız
Qayıdacaq bir gün yenə
Hər bir qariş torpağımız

Hər bir elin var öz yeri
Var mənim elim doğma diyar
Gözəllikdə o bir bahar
Gələcəyə işıq saçar

Qurban olum Azərbaycan
Bu müqəddəs torpağına
Baxib igid övladina
Qoy sevinsin hər bir Ana

Öz sözü var, hörməti var
Ölkələrin arasında
Belə gözəl, belə zəngin var
Dünyanın harasında?

Vətənimin məğrur gücü
Öz ürəyi. ilhamı var
Xoş günlərə gedən yolda
Bir əbədi bayramı var
Hər bir elin var öz yeri
Var mənim elim doğma diyar
Gözəllikdə o bir bahar
Gələcəyə işıq saçar

Qurban olum Azərbaycan
Bu müqəddəs torpağına
Baxib igid övladina
Qoy sevinsin hər bir Ana